Hövsanı ayağa qaldıran məktəb direktoru haqqında – İLGİNC MƏLUMATLAR

21-01-2015, 17:58   

Etiraz askiyasına səbəb olan direktor 11 il 118 saylı məktəbə rəhbərlik edib.

19 yanvarda Hövsan kəndində yerləşən 118 saylı orta məktəbdə şagirdlər və valideynlər sözügedən məktəbin həyətində etiraz aksiyası keçiriblər. Aksiya keçirildiyi ərəfədə ərazidə olan bir nəfər – 21 yaşlı Elmar Əliyev dünyasını dəyişib.
Aksiyadan həmən sonra isə məktəbin direktoru vəzifəsini icra edən Qardaşxan Əliyev isə işinin icrasından müvəqqəti kənarlaşdırılıb. Məktəbin rəhbərliyinin idarəçiliyini isə bu qərarı verən və hadisə yerində isti-isti araşdırmalar aparan Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı həyata keçirir.
AZXEBER.COM-un suallarını Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tahirquliyeva cavablandırır.
-Hövsan kəndi 118 saylı orta məktəbin direktoru işləmiş Qardaşxan Səlimov tutduğu vəzifəsindən tamamilə kənarlaşdırılıb. Bu məlumat nə dərəcədə həqiqətə uyğundur?
- Bildiririk ki, 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisələrlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və müvafiq hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
- Təhsil Nazirliyində 118 saylı orta məktəbdə baş verənlərlə bağlı hansı ölçülər götürülüb?
- Məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır. Araşdırmalar davam edir.
- Qardaşxan Səlimov nə zamandan 118 saylı orta məktəbə direktor təyin olunub?
- Qardaşxan Səlimov 23 sentyabr 2004-cü il tarixdən bu vəzifədə çalışır.
19 yanvar tarixində baş verən olaydan başqa bu tədris müəssisəsində analoji hallar baş veribmi? 118 saylı orta məktəbdə tədris prosesindəki problemlər yoluna qoyulubmu?
Hələlik bu suallar istər Bakı Şəhər Təhsil İdarəsində, istərsə də, hüquq-mühafizə orqanlarında araşdırmalar bitmədiyinə görə, havada açıq olaraq qalır.
Xatırladaq ki, Hövsan kəndində yerləşən 118 saylı orta məktəbdə müəllimlər dərslərə gəlmədiyinə və dərsləri boş keçdiyinə görə, direktor Qardaşxan Səlimova şikayət edən yuxarı sinif şagirdləri və onların valideynləri direktor tərəfindən ağır formada təhqir olunublar. Bütün bunlar isə şagirdlərin və valideynlərin hiddətinə səbəb olub ki, nəticədə məlum olaylar yaşanıb.
Rəsmi məlumatdan da göründüyü kimi, Q.Əliyev 11 ildir ki, Hövsan kəndində yerləşən 118 saylı orta məktəbdə direktor vəzifəsində çalışıb.
Mətanət metbuat.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar