Nərimanov rayonunda "20 yanvar"la bağlı tədbir keçirildi -
21-01-2015, 18:08
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü qeyd edilib
Bu barədə anaxeber.info-a məlumat verən mənbə bildirdi ki, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun rayon şöbəsinin sədri Müxəstə Həsənova, bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb, şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib. Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.