Kreml Gümrü qatili ilə bağlı son sözünü dedi

21-01-2015, 20:56   
Kreml Gümrü qatili ilə bağlı son sözünü dedi
“Valeri Permyakovu Rusiya məhkəməsi mühakimə edəcək”.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Permyakov Rusiya vətəndaşıdır, onu Rusiya məhkəməsi mühakimə edəcək. Peskov Rusiya qanunvericiliyinin böyük cinayətlərə qarşı amansız olduğunu da bildirib.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi rəhbəri Aleksandr Bastırkin məhkəmənin açıq şəkildə və Ermənistanda keçiriləcəyini bildirmişdi. Məhkəmə prosesi Ermənistanda keçirilsə belə, məhkəmə heyəti Rusiyanı təmsil edəcək. Mühakimə Rusiya qanunlarına uyğun şəkildə tətbiq ediləcək.

Xatırladaq ki, 12 yanvarda Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri Permyakov Gümrüdə bir ailənin 6 üzvünü öldürmüş, altı aylıq körpəni isə yaralamışdı. Bundan sonra Gümrüdəki hərbi hissənin qarşısında və İrəvandakı Rusiya səfirliyi önündə ermənilərin böyük aksiyaları keçirildi. Aksiyalarda Rusiya bayrağı ayaqlar altına atıldı, Prezident Putin ağır söyüşlərlə təhqir edildi və polislə qarşıdurmalar yaşandı. Aksiyaçılar Rusiyanın Permyakovu mühakimə etmək üçün Ermənistan hüquq mühafizə orqanlarına təhvil verməkdən imtinasına etiraz edirdilər.

Yanvarın 19-da isə yaralanan 6 aylıq körpə də dünyasını dəyişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar