Şirvan şəhərində dəhşətli qətl hadisəsinin ilkin səbəbləri məlum olub.
Şirvan Rayon Polis Şöbəsindən Axar.az-a verilən məlumata görə, şəhərin Rəsulzadə küçəsində yerləşən tikintisi hələ başa çatmamış, amma yaşayış olan 15 saylı mənzildə Kişiyev Araz Babayar oğlu gəlini Balakişiyeva Sevinc Məmməd qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Bundan sonra A.Kişiyev özünə qəsd edib.
Polis şöbəsinin verdiyi məlumata görə, cinayətkarın gəlininin başını kəsməsi haqda xbərlər doğru deyil. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.