32 İL: prezident və birinci xanımın özəl günü - FOTOLAR

22-01-2015, 19:28   
32 İL: prezident və birinci xanımın özəl günü - FOTOLAR
Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ailə həyatı qurmasının 32-ci ildönümüdür. Cütlük 1983-cü ildə ailə həyatı qurub. Əliyevlərin üç övladı və üç nəvəsi var.

Mehriban Əliyevanın müsahibələrində onun qayğıkeş ana, gözəl ailə başçısı olduğu görünür.




Sonuncu dəfə isə ölkənin birinci xanımı “Baku” jurnalında dərc olunan məqalədə övladları haqqında danışıb. Bildirib ki, həyatında ən vacib və ən önəmli yeri övladları tutur:

“Gənc yaşda analığın mənə bəxş etdiyi bu xoşbəxtliyi heç vaxt unutmaram. Həyatımda ən vacib, ən önəmli yeri övladlarım tutur . Mən 3 uşaq anasıyam və onların həyatına aid olan hər şey – uğurları, nailiyyətləri, problemləri, həyəcanları mənə doğmadır. Mənim üçün Heydərin üzgüçülük məşqlərində yüz metr məsafəni qət etməsi, Arzunun imtahanlarını uğurla verib, magistraturaya qəbul olunması, Leylanın isə aktiv şəkildə ictimai fəaliyyətlə məşğul olması eyni dərəcədə əhəmiyyətlidir.

Onların problemlərini mənimlə bölüşməsi və müxtəlif vəziyyətlərə düşəndə məsləhət üçün müraciət etmələri mənə xoşdur. Ancaq mən heç vaxt öz fikirlərimi onlara təlqin etmirəm. Onların şəxsi mövqelərinə hörmətlə yanaşıram, seçim hüququ verməyə çalışıram. Mənim sərhədsiz sevgimə rəğmən, bu, onların həyatıdır və onlar bu həyatı sərbəst şəkildə qurmalıdırlar”.



Xatırlayırsınızsa, birinci xanım prezident İlham Əliyevin doğum günündə ölkə başçısı ilə bağlı fikirlərini bildirmişdi:

“Prezident İlham Əliyev müasir dövrün siyasi elitasının görkəmli simalarından biridir. Onun hansı xüsusiyyətlərini vurğulamaq istərdim? Yəqin ki, ilk növbətə vətənpərvərliyini, əlbəttə intellekt və peşəkarlığını, həmçinin inam və əzmkarlığını, Azərbaycan xalqının müdrikliyinə və inamını, başladığı hər bir təşəbbüsə inamını və nəhayət qələbəyə inamını vurğulamaq istərdim.

İlhamın qəlbində hər zamana insana və insanlığın qələbəsinə inam olub və olacaq. Elə bunun səbəbidir ki qarşısına qoyduğu hər bir məqsədə çata bilmişdir. İlham Əliyev seçdiyi yolun məsuliyyətini dərk edərək bu yolu inamla və ləyaqətlə addımlayır”.

AzVision.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar