Xaricə gəlin köçən qızlarımızın sayı çoxalır - VİDEO

22-01-2015, 21:57   


"Sevgi sərhəd tanımır"- deyirlər. Yəqin ki, bu fikrin doğruluğundandır ki, Azərbaycanda əcnəbilərlə ailə quranların sayı hər il artır və bunların arasında qadınlar üstünlük təşkil edir. Təkcə 2013-cü ildə 800 azərbaycanlı qadın xarici vətəndaşla evlənib.

Arzu Nəcər və Mehriban Əhmədi əcnəbilərlə ailə həyatı quran 3 minə yaxın azərbaycanlıdan sadəcə ikisidir. İki övlad anası olan Arzu Nəcər xəyallarında olan ailəni qurduğunu deyir...

Arzu Nəcərin həyat yoldaşı Əhməd Nəcər isə sevginin sərhəd tanımadığına inanır. Hazırda 3 övladı olan Mehriban Əhmədi də bu evliləyə rahatlıqla nail olmadığını deyir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilir ki, 2013-cü ildə əcnəbi və vətəndaşlığı olmayanlarla azərbaycanlı qadınlar tərəfindən 800 nikah bağlanıb. Ümumilikdə isə, əcnəbilərlə evliliyə daha çox qadınlar üstünlük verirlər. Komitədən o da bildirilir ki, qadınlar daha çox rusiya, gürcüstan və türkiyə vətəndaşları ilə ailə həyatı qururlar və belə evliliklərdə boşanmalar nisbətən az olur.

Sosioloqların sözlərinə görə isə, qadınların belə addım atmağa vadar edən səbəb xəyallarını reallaşdırmaq arzusu olur. Cəmiyyətdə isə xaricilərlə evlilik məsələsinə münasibət birmənalı deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar