Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sumqayıt Dövlət Universiteti tələbələrindən təqdirəlayiq addım

23-01-2015, 00:04   



Sumqayıt Dövlət Universitetinin Ritorika Universal Klubu "Reduco"Tədris Mərkəzinin təşkilatidəstəyi ilə "20 Yanvar həqiqətlərini İctimaiyyətə 5 dildə çatdırırıq" adlı tədbir təşkil etdi. Gəncləri maarifləndirmək və onların intelektual inkişafını təmin etmək üçün müxtəlif layihələri ilə diqqət mərkəzindəolan Ritorika Universal Klubunun komandası bu dəfə öz vətəndaşlıq borclarını yerinə yətirmək üçün bir araya gəldilər.

Ritorika Universal Klubunun "Reduco" Tədris Mərkəzində təşkil etdiyi "20 Yanvar həqiqətlərini ictimaiyyətə 5 dildə çatdırırıq" adlıtədbirində Sumqayıt şəhər İdman və Baş İdarəsinin Gənclərlə iş sektorunun Baş məsləhətçisi Ceyhun Hüseynov,"Reduco" tədris mərkəzinin nümayəndələri, Sumqayıt Dövlət Texniki Kollecinin İngilis dili müəllimi Afət xanım və həmin kollecin tələbələri,Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etmişlər.Tədbirdə Ritorika Universal Klubunun Sədri, SDU Kimya və Biologiya Fakultəsinin IV Kurs tələbəsi Arzu Nəbizadə, Sədr müavini, Tarix Fakultəsinin tələbəsi Elvin Gülməmmədov, Komanda üzvləri Kimya və Biologiya Fakultəsinin II tələbəsi İshaq Mahmudov, Tarix Fakultəsinin I kurs tələbəsi İsmayıl Faxtıyev və Sumqayıt Texniki Kollecin IV kurs tələbəsi Nərgiz Bağırova azərbaycan dilində, İdarə Heyətinin üzvlərindən SDU İqtisadiyyat və İdarəetmə Fakultəsinin IV tələbəsi Zaur Quliyev və Kimya və Biologiya Fakultəsinin IV kurs tələbəsi Pərvin Qocayeva ingilis, rus və ərəb dillərində, Komanda üzvü Kimya və Biologiya Fakultəsinin II kurs tələbəsi Aynurə Fərhadova isə alman dilində çıxış edərək 20 Yanvar həqiqətlərindən danışmışlar.

Sonda tədbirin fəxri qonaqlarından olan Ceyhun Hüseynov və Afət xanım da öz fikirlərini bildirmiş, belə tədbirlərin gənclər tərəfindən təşkil edilməsinin təqdirəlayiq təşəbbüs olduğunu vurğulamış və gənclərə bu işlərində uğurlar arzulamışlar. Tələbələr bununla əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş şəhidlərin məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Qeyd edək ki,bu tədbir Ritorika Universal Klubunun "Reduco" Tədris Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi ilk tədbirdir.







Samir Aslan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar