Manat Rusiya rublunun taleyini yaşasa...
Hakimiyyətdəki məmur-oliqarxlar təşviş içindədir. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, oliqarxların təşvişi Azərbaycan manatına yaranmış təhlükə ilə bağlıdır.
Bəllidir ki, neftin qiyməti ucuzlaşıb. Bu isə Azərbaycan manatına Rusiya rublunun taleyini yaşamaq təhlükəsi yaradıb. Məlumatda deyilir ki, bu baş verərsə oliqarxlar milyardlarla manat vəsait itirə bilər. “Bəllidir ki, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti oliqarxların nəzarətindədir. Bu banklar isə rəsmi məlumatlara görə, əhaliyə 18 milyard manatdan artıq kredit verib. Bu kreditin əhəmiyyətli istehlak xarakteri daşıyır. Bundan başqa ipoteka kreditləri var. Ipoteka kreditlərinə dövlət məsuliyyət daşımır. Bunun məsuliyyəti bu işə mükəlləf olan bankların üzərindədir. Bu kreditləri isə əsasən oliqarxların nəzarətində olan banklar verir. Bu baxımdan manatın dəyərdən düşməsi oliqarxların maraqlarına ciddi zərbə olar. Yəni, manatın dəyərdən düşməsi oliqarxların milyardlar manat pulunun faktiki olaraq yox olması demək olacaq”, - deyə hakimiyyətdəki mənbə bildirir.
Mənbənin sözlərinə görə, oliqarxlar bütün səyləri birləşdirib, manatın məzənnəsinin olduğu kimi saxlanılmasını istəyirlər.
Lakin iqtisadçı ekspertlər hesab edir ki, süni yollarla manatın kursunun sabit saxlanılması uzun müddət mümkün olmayacaq.