“Aydındır ki, Sərkisyan yenə dərsinə yaxşı hazırlaşmayıb. Çünki ermənilərin köçü zamanı öldürülən erməni kapitanı, necə ola bilər ki, illər sonra ABŞ-da öz xatirələrini yazıb?”
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin “Star” qəzetinin yazarı Cəmil Koçak çıxış edib.
Köşə yazarı Sərkisyanın Çanaqqala zəfərinin 100-cü ildönümündə iştirakdan imtina etməsinin gerçək səbəblərini açıqlayıb:
“Sərkisyan Ərdoğanın dəvətindən imtina etdi, amma bizim mediada bunun detallarına yer verilmədi. Lakin “The Armenian Weekly” saytı Sərkisyanın dəvətdən imtina etməsinin əsil səbəbini açıqlayıb. Saytda yer alan xəbərə görə, Sərkisyan Ərdoğana ünvanladığı cavab məktubunda məşhur erməni kapitanı Sərkis Torosyandan söz açıb. O bildirib ki, Torosyan da Çanaqqaladakı şücaətinə görə medal alıb, lakin digər ermənilər kimi o da öldürülüb. Bəli, səhv oxumadınız, öldürülüb! Aydındır ki, Sərkisyan yenə dərsinə yaxşı hazırlaşmayıb. Çünki ermənilərin köçü zamanı öldürülən erməni kapitanı necə ola bilər ki, illər sonra ABŞ-da öz xatirələrini yazıb?! Belə yazdım, çünki diplomatik yazışmalarda nəzakətli olmaq lazımdır! Yoxsa “Sərkisyan Sərkis Torosyanın xatirələrinin saxta olduğunu etiraf etdi” deyə başlıq qoyardım”.
Qeyd edək ki, erməni əsilli Osmanlı kapitanı Sərkis Torosyan Çanaqqala döyüşündə şücaətinə görə medalla mükafatlandırılıb. Lakin ailəsi 1915-ci il hadisələri zamanı öldüyü üçün Torosyan mövqeyini dəyişib və Osmanlıya qarşı mübarizə aparıb. O, ABŞ-a köçüb və orada ölüb.
- See more at: http://axar.az/news/41508#sthash.UTqMiO1C.dpuf