Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rus əsgərləri Donetskdə külə döndü – Foto/ 18+

24-01-2015, 11:50   

Dünən Donetsk ətrafında şəhərə doğru irəliləyən rus hərbçilərindən ibarət maşın və zirehli texnika karvanı Ukrayna artilleriyası tərəfindən atəşə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Yuri Biryukov məlumat verib.

“Rus hərbçilərinin olduğu iki yük maşını, BMP və BTR-lərin müşayiəti ilə bir neçə Rapir MT-12 topları Donetsk aeroportu istiqamətində irəliləyib. Ukrayna artilleriyasının dəqiq atəşi nəticəsində məhv ediliblər. 20-dən çox separatçı və rus hərbçisi məhv edilib, onlarla hərbçi əsir götürülüb. Tibbi xidmət göstərildikdən sonra istintaq aparılacaq”, - Biryukov deyib.

Biryukov ölən və əsir götürülən hərbçilərin üzərlərindən çıxan sənədlərin, həmçinin Rusiya istehsalı olan ərzaqların da fotolarını yayıb. Prezident müşaviri bildirib ki, bu sənədlər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun, "Donbasda rus hərbçisi döyüşmür. Sübutunuz varsa, göstərin" açıqlamasının yalan olduğunu göstərir.

Qeyd edək ki, Donbas separatçılarının lideri, Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti “Strelkov” ləqəbli İqor Qirkin də separatçıların itkilərini təsdiqləyib.

Qirkin bildirib ki, batalyon kəşfiyyat və ön mühafizə olmadan birbaşa ukraynalıların qarşısına çıxıb.


Rus əsgərləri Donetskdə külə döndü – Foto/ 18+
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar