Suriyalı erməni snayper Qarabağa köçür – Onu Azərbaycanla üzbəüz mövqeyə yerləşdirəcəklər

24-01-2015, 15:03   
Suriyalı erməni snayper Qarabağa köçür – Onu Azərbaycanla üzbəüz mövqeyə yerləşdirəcəklər

Suriyadakı müharibədə 45 “İŞİD”çini öldürən Bəşər Əsəd ordusunun keçmiş hərbçisi Dağlıq Qarabağa köçür. Professional snayper olan erməninin adı Arutyun Pambukçyandır. 26 yaşı olan Pambukçyanın əslən Hələb şəhərindən olduğu və müharibəyə qədər şəhərdə zərgər işlədiyi məlumdur.

Erməni mənbələrində onun Dağlıq Qarabağa, daha dəqiq desək, işğal altındakı Laçın rayonunun Zabux kəndinə köçməyə hazırlaşdığı bildirilir. Livan erməniləri üçün 150 evin tikildiyi kəndə Arutyun Pambukçyanın ailə üzvlərinin artıq köçdüyü də qeyd olunur.

Digər bir məlumata görə, Dağlıq Qarabağ separatçıları Arutyun Pambukçyandan professional snayper kimi Azərbaycanla üzbəüz yerləşən mövqelərdə istifadə etmək niyyətindədir.

modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar