“The Hindu” kral Abdullahla kraliçanın macərasından yazdı

24-01-2015, 20:05   
“The Hindu” kral Abdullahla kraliçanın macərasından yazdı
II Elizabet dünyanın ən yaşlı monarxı oldu
1952-ci ilin fevralından kraliça olan II Elizabet (Elizabeta Aleksandra Mariya Vindzor) Səudiyyə Ərəbistanının mərhum karalı Abdullahın ölümündən sonra dünyanın ən yaşlı monarxı statusunu aldı. Aprel ayında 89 yaşı olacaq kraliça cəmi 2 il 90 yaşlı kral Abdullaha uduzurdu.

Kraliça II Elizabet 56 il ərzində ölkəyə rəhbərlik etmiş III Henrixin rekordunu təzələdi. 2012-ci ildə isə kraliça 59 il taxtda əyləşən III Georqu da geridə buraxdı. Böyük Britaniyanın tarixi kraliçası Viktoriyanın göstəricisini yeniləmək üçün Elizabet 2015-ci ilin sentyabrına qədər yaşamalıdır. Viktoriya 64 il "Dumanlı Albion"a rəhbərlik edib.

Hazırda karliça yaşı səksəndən çox olan krallar sırasında önə çıxıb. Ondan sonra isə Tayland və Yaponiya imperatorları gəlir. Bu barədə “The Hindu” qəzeti xəbər yayıb.

Qəzet yazır ki, “Twitter”də kraliça ilə sonradan kral olmuş Abdullahın münasibətləri ilə bağlı maraqlı xəbər paylaşılıb. Britaniyanın Səudiyyə Ərəbistanında səfiri olmuş Şerard Koper-Koles öz xatirəsində yazır ki, Şotlandiyada mülk almaq fikrinə düşən vəliəhd-şahzadə Abdullah kraliçaya müraciət edir. Kraliça da onu öz maşınına otuzdurur və sükanın arxasına keçir. Vəliəhd Abdullah bundan şok keçirir. Axı heç indi də Səudiyyədə qadınların maşın sürməsinə icazə verilmir...
Karliça isə Şotlandiyanın dar küçələri ilə sürətlə gedirdi və eyni zamanda münasib mülklərlə bağlı tərcüməçi vasitəsi ilə vəliəhdə bilgi verirdi. Vəliəhd isə qorxurdu ki, indicə kraliça maşını divara çırpacaq.

Ondan sonra da kraliça və kral Abdullah dəfələrlə görüşüblər. İndi isə kraliçanını mərhum kralın vida mərasiminə qatılıb-qatılmayacağı haqqında dəqiq məlumat yoxdur.//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar