Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yanvarın 25-nə olan HAVA PROQNOZU

24-01-2015, 23:26   
Yanvarın 25-nə olan HAVA PROQNOZU
Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Musavat.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar