Martın 1-dən avtobuslarda nağd ödəniş yığışdırılacaq

25-01-2015, 16:16   

2014-cü il ərzində aparılan araşdırmalar zamanı 23 309 sürücünün sükan arxasında telefonla danışması faktı aşkarlanıb. 12 750 sürücü isə sükan arxasında ola-ola siqaret çəkib.
Axşam.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Nəqliyyat Nazirliyinin hazırladığı qayda pozan avtobus sürücülərinin statistikasında yer alır.
Ümumilikdə isə 36 059 sürücü sükan arxasında qayda pozub ki, nəticədə 221 ədəd protokol imzalanıb. Bu cür qayda pozuntularının qarşısının alınması üçün artıq Nəqliyyat Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, il ərzində 200-dən çox sürücü qayda pozduğuna görə işdən kənarlaşdırılıb və sahibkarlara tapşırıqlar verilib.
Artıq sürücü ehtiyat bazasının yaradılmasına başlanılıb. Əgər sürücü bir neçə dəfə qayda pozarsa o zaman həmin sürücü artıq başqa bir xətdə işləyə bilməyəcək. Bu isə qəzaların qarşısını almağa kömək edəcək.
Namiq Həsənov, həmçinin sürücülərə ingilis dili dərslərinin keçiriləcəyini bildirdi. Bunun üçün isə iki yerdə kurslar təşkil olunub:
“Mart ayının 1-dən isə bütün avtobuslarda nağd ödəniş sistemi yığışdırılacaq. Bundan sonra sürücülərin qarşısına qoyulan plan məsələsi də aradan qaldırılacaq ki, nəticədə avtobusların bir-birini ötməyə çalışması hallarına son qoyulacaq”- deyə, nazirliyin nümayəndəsi bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar