"Bu köynəkləri hazırlayanda onların sürətlə satılacağını düşünmürdüm. Amma satışlar pis deyil. Daha bir neçə köynək hazırlamağı düşünürəm".
Türkiyənin Kahramanmaraş şəhərində yaşayan zərgər Ahmet Atakanın dediyinə görə, 350 min lirəyə satışa çıxardığı qızıl qadın köynəyinə maraq böyükdür.
400 min kiçik detaldan ibarət olan köynək 22 əyarlı qızıldan hazırlanıb və 3 kq ağırlıqdadır. Milli.az AHT-yə istinadən bildirir ki, A.Atakanın dediyinə görə, artıq 18 qızıl köynək satıb.
"Alıcılıramızın arasında Türkiyədən olanlar az deyil. Amma 2 azərbaycanlı milyonçu da köynəklərdən alıb. Moskvaya və Qətərə də satışlarımız var. Əslində, 8 köynək satmaq niyyətimiz vardı. Tələbat çox olduğundan, əlavə 10 köynək də hazırladıq", - A.Atakan deyib.
Onun sözlərinə görə, hər köynəyi 15 usta zərgər 2 həftəyə ərsəyə gətirir.
Müştərilər arasında köynəyin "islama uyğun variant"ını istəyənlə yanaşı, çimərlik variantını sifariş verən də olub.
A.Atakan müştərilərinin ad və soyadlarını açıqlamaqdan imtina edib