Hakerlər tanışlıq saytlarının birində 20 milyondan çox istifadəçinin ad və şifrəsini oğurlayıblar. Onların 10 milyonunu Rusiya sakinləri təşkil edir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Hücum edənlər vacib istifadəçi məlumatlarını, o cümlədən bank hesablarını ələ keçirə bilərlər.
Oğurlanmış məlumatların xüsusi bir saytda yerləşdirildiyi ortaya çıxıb. Bundan başqa zərərçəkmiş şəxslərin 345 min adda müxtəlif domenlərdən istifadə etdikləri məlum olub.