Rusiyanın paytaxtı Moskva şəhərində kriminal avtoritetlər və “qanuni oğruların” keçirdiyi “sxodka”ya polis basqını olub.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyininin əməkdaşları “Rıs” xüsusi təyinatlı dəstəsi ilə birlikdə “sxodka”da iştirak edən 50 nəfər avtoriteti saxlayıb. Həmin şəxslərin kriminal aləmdəki maliyyə bölgülərini və mövcud vəziyyəti müzakirə etdikləri müəyyən olunub.
Onlar arasında kriminal aləmdə “Yunus” adı ilə tanınan 54 yaşlı azərbaycanlı “qanuni oğru”nun da olduğu bildirilir. Onların Rusiya ərazisində qanuni yaşayıb-yaşamadığı və cinayətkar keçmişi araşdırılır.
Qeyd edək ki, “Yunus” ləqəbl ilə tanınan azərbnaycanlı “qanuni oğru”nun əsl adı Nəzərov Yunus Canəhməd oğludur. O 1961-ci il oktyabrın 23-də anadan olub. 2006-cı ildə o, Bakıda məhkumluq həyatı yaşayıb.//axar.az/