“Quql transleyt”də “homoseksual” sözünü başqa dillərə çevirəndə vulqar məna verən sözlərlə tərcümə olunması istifadəçilərin sərt reaksiyasına səbəb olub.
Axar.az xəbər verir ki, Quql şirkəti problemin tezliklə həll olunacağına söz verib.
“All out” adlı bir qurumun başlatdığı kampaniyadan sonra hərəkətə keçən Quql vəziyyətdən xəbərdar olan kimi həmin sözün tərcüməsi üzərində işlərə başladıqlarını və qısa müddətdə sistemdə belə tərcümə səhvinin olmayacağını açıqlayıb.
İstifadəçilərdən üzr istəyən internetin ən nəhəng şirkətlərindən biri olan Quqlun səhvi düzəldəcəyi barədə verdiyi sözdən sonra “All out” qurumu belə bir məlumat yayımlayıb: “Qələbə çaldıq. Quql homoseksualların əleyhinə olan tətbiqə son verəcəyini açıqladı”.