Stalinin nəvəsi Putini oğru adlandırdı

27-01-2015, 20:18   

Keçmiş SSRİ-nin lideri İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili Rusiya Prezidenti Vladimir Putini Ukraynaya təcavüzdə və Krımı işğal etməkdə ittiham edib.

Axar.az xəbər verir ki, Cuqaşvili bu barədə İngiltərənin “Deyli Meyl” qəzetinə verdiyi müsahibəsində deyib.

“O, nə edir? Qarşısına hansı hədəflər qoyub? Bizə doğma olan millətlə, Ukrayna ilə münasibətləri pozdu. Bizdə ağıllı lider yoxdu, hamısı oğrudur”, Cuqaşvili bildirib.

Sovet diktatorunun nəvəsi ötən ilin martında baş verən Krımın işğalını da səhv addım adlandırıb:

“Ən azı yarımadanı satın almaq olardı, amma ərazini zor gücünə götürmək olmaz. İndi Malorossiyadan danışırlar. İndi o vaxtlar deyil. Artıq XXI əsrdir, amma bizim liderlərin metodları köhnə qalıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar