1 saylı orta məktəbin rəhbəri Sevinc Əliyeva barəsində cinayət işi qaldırılsa da məsələ “müsbət” həll olunub
Abşeron rayonu, 1 saylı orta məktəbin direktoru Əliyeva Sevinc İnqlab qızı 2011-ci ildə 38 müəllimin əmək haqlarını qeyri qanuni olaraq mənimsəmişdir. Bu barədə JAM.AZ-a məktəbin müəllimlərindən bir neçəsi məlumat verib.
Həmin məlumatda deyilir ki, dəfələrlə həmin 38 müəllimin öz imzaları ilə adiyatı dövlət qurumlarına, Abşeron rayon Təhsil şöbəsinə şikayət ərzələri ilə müraciət etmişdirlər. Şikayət ərzəsində həmin məktəbin direktoru təhsilin yüksək səviyyədə şagirdlərə çatdırılmasına nəzarət etmək əvəzinə, fond pulu, kitab, jurnal, süpürgə, internat uşaq evlərinə YARDIM ETMƏK adı ilə pul yığmaqla maşgül olmuşdur. Bu göstərilənlərlə bağlı Abşeron rayon Prokurorluğu tərəfindən 38 müəllimin əmək haqqısının mənimsənilməsi ilə bağlı 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313 maddələri ilə təhsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir.
Abşeron rayon məhkəməsi 20.12.2012-ci ildə Əliyeva Sevinc barəsində olan cinayət işinə baxaraq onu cərimə cəzasına məhkum etmişdir. Yuxarda göstərilənlərə əsas olaraq əmək müqaviləsinin ləğvi barədə 11/459 saylı 8.06.2011 ci il təhsil nazirinin 70.c bəndini əsas tutaraq, ümumi təhsilin idarə olunması ilə bağlı normativ hüquqi sənədlərin tələblərini pozduğuna, məktəb rəhbərliyinin və nəzarətində şagirdlərin icbari təhsilinə cəlbində, pedagoji kadrlarin işə qəbulunda, 38 müəllimin əmək haqqısının mənimsənilməsində verdiyi ciddi nöqsanlara görə Əliyeva Sevinc İnqlab qızı direktor vəzifəsindən azad edilmişdir. Bu günə gədər hələki qəti qərar verilməyib.
Görəsən, direktora kim havadarlıq edir?
P.S. Bəs, Sumqayıt Apellyasiya məhkəməsinin qərarı necə olacaq?