8 yaşlı oğlan Messi ilə görüşünə bir saat qalmış öldü

2-02-2015, 23:16   

Kosta-Rikadan olan 8 yaşlı Qabriel kumiri – “Barselona” və Argentina millisinin futbolçusu ilə grüşünə 1 saat qalmış ölüb. Musavat.com xəbər verir ki, məlumatı Sport.es yayıb.

Oğlan mədə xərçəngindən əziyyət çəkirmiş və Messi ilə görüşməyi arzulayırdı. Onun doğmaları “Barselona” ilə əlaqə yaradıblar və futbolçu ilə görüşmək üçün İspaniyaya gediblər. Görüş fevralın 1-də “Vilyareal”la oyundan əvvəl keçirilməliydi. Lakin yeniyetmə arzusuna çatmayıb və Madrid-Barselona təyyarə reysinə minik başlamadan dünyasını dəyişib.

“Barselona” klubu Qabrielin valideynlərinə başsağlığı verib və oğlanın cənazəsinin ölkəsinə aparılması xərcini üzərinə götürüb. Messinin özünün baş verənlərə reaksiyası məlum deyil. Lakin, o, fevralın 2-də komandanın məşqini şəxsi işlərinə görə buraxıb.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar