Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistan klubuna keçən azərbaycanlı futbolçu danışdı - YENİLƏNİB

5-02-2015, 18:44   
Ermənistan klubuna keçən azərbaycanlı futbolçu danışdı - YENİLƏNİB
18:35

“Hələ Ermənistan klubu ilə müqavilə imzalamamışam. Lakin hazırda Türkiyədə təlim-məşq toplanışında onların sərəncamındayam”.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında millimizin sabiq üzvü Şamil Qurbanov deyib.

İrəvanın “Uliss” komandası ilə anlaşan yığmamızın keçmiş futbolçusu bu barədə danışıb: “Mən azərbaycanlıların tənqidini başa düşürəm. Onların buna haqqı var. Amma bu qərarı bəzi səbəblərə görə vermişəm. Azərbaycan millisində oynamaq imkanımı isə çoxdan itimişəm. Onsuz da, yığmaya daha çağırılmayacam. Azərbaycan yığmasını unutmuşam”.

Qurbanov Ermənistan yığmasında oynamaq haqqında düşünmədiyini də sözlərinə əlavə edib: “Ermənistan yığmasında oynamaq haqqında düşünmürəm. Mən, sadəcə, “Uliss”lə müqavilə imzalamışam və klubda çıxış edəcəyəm. Bu, mənim karyeram üçün önəmli və yeni addımdır”.

Futbolçunun Azərbaycan vətəndaşı, əslən dağıstanlı olması erməniləri qorxuya salıb.

----------
14:38

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov Ermənistanın "Uliss" klubuna dəvət olunub.

Milli.Az vesti.az-a istinadən xəbər verir ki, o, İrəvanın "Uliss" klubu ilə anlaşıb.
Ş.Qurbanov artıq Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qatılıb. 22 yaşlı futbolçu həmçinin Moldovanın "Milsami" klubu ilə keçirilən yoxlama görüşündə iştirak da edib.
Əslən dağıstanlı olan Şamilin Ermənistan klubuna keçidi ölkədə birmənalı qarşılanmayıb. aravot.am saytının xəbərinə görə, Ermənistan Yazıçılar Birliyinin Tavuş Regional şöbəsinin rəhbəri Samvel Beqlaryan deyib ki, Ermənistan çempionatına liderlik edən klubda Azərbaycan vətəndaşlığı olan futbolçunun oynamasının əleyhinədir.

"Necə yəni, o, azərbaycanlıdır? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə ehtiyac var?" fikirləri ilə çıxış edən ermənilər sosial şəbəkələrdə Şamil Qurbanovu təhqir ediblər.

Qeyd edək ki, 1993-cü ildə Rusiyada anadan olan Şamil Qurbanov "Volqa" klubunun yetirməsidir.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar