Şamil Qurbanov: “Erməni dostlarım var...”

6-02-2015, 17:12   
Şamil Qurbanov: “Erməni dostlarım var...”


Erməni klubu “Ulises”in baş məşqçisi Qaqik Simonyan millimizdə oynamış Şamil Qurbanovu bəyənsə də, onunla müqavilə imzalamayacaq.

Axar.az xəbər verir ki, erməni baş məşqçi Ş.Qurbanovun millimizin düşərgəsində olmasından xəbərsiz imiş.

Menecer vasitəsilə “Ulises”in düşərgəsinə yollanan Qurbanov məşqçilər korpusunun rəğbətini qazanıb. Məhz bundan sonra Q.Simonyan Qurbanovun dosyesi ilə tanış olub və onun millimizin düşərgəsində olmasından xəbər tutub. Qurbanovla bağlı yaranan ajiotajdan sonra Ermənistan çempionatının lideri "Ulises"lə müqavilə imzalaya bilməyib.

Qurbanov isə “sportnet.az”a müsahibəsində bunları deyib: “Axı siyasət nəyə görə mənə təsir göstərməlidir? Mənim nə bu, nə də digər xalqa qarşı nifrətim var. Sadəcə, öz sevimli işimlə məşğul olmaq istəyirəm. Mən iki ölkənin münasibətlərindən xəbərdar idim.

Yaxın dostlarım Ermənistandandır. Azərbaycanlı uşaqlarla da birgə böyümüşəm, onlarla oynamışam, onları dəyərləndirir və hörmət edirəm. Amma münasibətləri qıran deyiləm. Bir daha deyirəm: Siyasətin mənə dəxli yoxdur. Mənim üçün pis millət yox, pis insanlar var”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar