Topaz Premyer Liqasının 23-cu turunun AZAL – “İnter” oyunu qalmaqalla başa çatıb.
Futbol11.az-ın verdiyi məlumatına görə, AZAL–“İnter” oyununda baş verən hadisələrin təfərrüatı məlum oldu. Belə ki, AZAL-ın futbolçusu Eltun Yaqublu meydançanın kənarında zədələnib.
Həmin vaxt “İnter”in ehtiyat oyunçular skamiyasında oturan Baçana Sxadadze Eltona təpiklə zərbə endirib.
Bunu görən AZAL-ın futbolçusu Nicat Qurbanov Sxadadzeyə etirazını bildirb. Sxadadze də əlindəki sarğını Nicatın sifətinə çırpıb. Bundan sonra isə ara qarışıb.