Rusiyanın Başqırdıstan vilayətinin Karmaskalinsk rayonunda 44 yaşlı kişi evinə qonaq gələn həmkəndlisini zorlayıb.
Mayın 6-dan 7-nə keçən gecə baş verən hadisə barədə Rusiya KİV-i yazıb. Yuxarı sinif şagirdi olan qız işlə bağlı tanışının evinə gedib. Kişinin sərxoş olduğundan xəbərsiz olan məktəbli arxayınlıqla evə daxil olub. Sərxoş kişi isə hisslərinə hakim ola bilməyərək ona hücum edib və təcavüz edib. Qız ağlını itirmiş sərxoşun əlindən qurtulmaq istədikdə kişi onu döyüb və onunla cinsi əlaqəyə girib.
17 yaşlı məktəbli susmayıb və səhəri günü polisə şikayət edib. Hüquq-mühafizə orqanları zorlama faktını təsdiqlədikdən sonra cinayət işi açıblar. Kişi həbs edilib.
Başqırdıstan sakini hazırda yetkinlik yaşına çatmayanı zorlamaqda ittiham olunur. Cinayətkarı 15 ilə qədər həbs cəzası gözləyir.