13 yaşlı qızın oğlana yazdığı sms: "Evimizin işığını iki dəfə söndürüb-yandıranda bil ki, atam artıq yatıb, sən hazırlaş”
Azərbaycanda məktəb direktorunun oğlu əxlaqsızlıq edib. O, atasının 13 yaşlı şagirdi ilə intim hərəkətlər edib.
Hadisə Ucar rayon Bağman kəndində baş verib. Kənd orta məktəbinin direktoru Binyət Binyətovun 23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq əxlaqsızlığa vadar edib.
Ucar Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, direktor oğlu məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orada qızla əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb.
Qızın mobil telefonunda oğlana yazılan sms-lərdən nisbətən etik cəhətdən normal olan birini oxuculara təqdim edirik: “Hasarın dibində gözlə. Evimizin işığını iki dəfə söndürüb-yandıranda bil ki, atam artıq yatıb, sən hazırlaş”.
Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin D.Binyətov yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.