Sumqayıtda 600 litrdən artıq saxta ətir aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin 9-cu məhəlləsinin ərazisində şəhər sakini Xəqani Qasımova məxsus qarajda Samir İsrafilova və Bakı şəhər sakini Namiq Vəliyevə məxsus mənşəyi bilinməyən və keyfiyyətsiz 13 ədəd 5 litrlik və 600 ədəd 1 lirtlik qablarda (ümumilikdə 665 litr) ətir aşkar edilərək götürülüb.