Bakıda 29 yaşlı qızın dəhşətli intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb
Atatürk prospekti 155 ünvanında 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edən 29 yaşlı Nigar Dadaşova yaxınlıqda təhsil alırmış. Araşdırmalar nəticəsində məlum olub ki, o, "Elite" ticarət mərkəzinin yaxınlığında yerləşən Mədəni-Maarif Texnikomunda şirniyyatçılığı öyrənirmiş. Dünən təhsil müəssisəsini tərk edən N.Dadaşova daha sonra yaxınlıqdakı binaya gəlib və 9-cu mərtəbənin pəncərəsindən özünü atıb.
29 yaşlı N.Dadaşova subay olub. Onun hansı səbəbdən intihar etməsi, həmin binanı niyə seçməsi və digər məqamlar hələlik məlum deyil.
*****
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli intihar hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Atatürk prospekti 155 ünvanındakı çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən gənc qız özünü atıb. O, hadisə yerindəcə keçinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, özünü atan şəxs Yasamal rayon sakini, 1985-ci il təvəllüdlü Nigar Dadaşovadır. Onun hansı səbəbdən intihar etməsi, Atatürk prospektindəki binanı niyə seçməsi və digər məqamlar hələlik dəqiqləşməyib.
Hadisə yerində prokurorluq əməkdaşları gəlib.