Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakının taksi sürücüləri üçün– YENİLİK

14-05-2014, 15:19   

Bakı şəhərində fəaliyyət göstərən taksi sürücülərinin xüsusi geyimi olacaq.

Bu günə qədər yalnız “London taksisi” kimi tanıdığımız taksi sürücülərini xüsusi geyimdə görürdüksə, bundan sonra bu geyim forması taksi fəaliyyəti ilə məşğul olan bütün sürücülərə şamil olunacaq.

Artıq Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində bu sahədə işlərə başlanılıb. Onlar bir neçə geyim arasından xüsusi geyimi seçməyə çalışırlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov deyib ki, təxminən bir aydan sonra taksi sürücülərinin hamısını eyni geyimdə görə biləcəyik:

“Taksi sürücülərinin də xüsusi geyimdə olması həm də müfəttişlərə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücünü müəyyən etməkdə köməklik edəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar