Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyədə 4 azərbaycanlı tutuldu

14-05-2014, 17:18   
Türkiyədə 4 azərbaycanlı tutuldu
Türkiyədə 4 Azərbaycan vətəndaşı saxlanılıb. Azərbaycanlılar Bayrampaşa adlı ərazidə İran və Türkmənistan əsilli 2 nəfəri qaçırıblar. Onlar iki nəfərin müqabilində 10 min dollar pul tələb ediblər.

İstanbul polis idarəsinə müraciət edən İran vətəndaşının qohumu 31 yaşlı yaxını ilə türkmənistanlı sevgilisi olan 39 yaşlı qadının qaçırıldığını deyib. Onun sözlərinə görə, qohumunu qaçıranlar ondan Bayrampaşa metro stansiyasının yaxınlığına 10 min dollar gətirməyi tələb ediblər.

Bu müraciətdən sonra polislər əməliyyata başlayıblar. İranlı şəxsin yaxınları stansiya yaxınlığında azərbaycanlılara 3 min dollar verib. Pulun müqabilində İran vətəndaşı azad edilib. Türkmənistanlı qadının isə 7 min dollar veriləndən sonra azad ediləcəyi deyilib. Polis baş verənləri uzaqdan izləyib.

Polisin izlədiyi şəxslər Esenyurt istiqamətində gediblər. Polisin əməliyyatı nəticəsində 4 vətəndaş saxlanılıb, türkmənistanlı qadın azad edilib.

Saxlanılanlardan 3-ü haqqında həbs qətiimkan tədbiri seçilib. Biri isə şərti azad edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar