Xalq artisti Məleykə Əsədova son vaxtlar gündəmdən düşməyən “Kraliça” titulundan danışıb. Aktrisa xalq artisti İlhamə Quliyevanın “Səhnənin bir kraliçası var, o da mənəm. Özlərinə film çəkdirib, adlarını kraliça qoyurlar” sözlərinə cavab verib:
“Bu söhbətə, sadəcə, gülürəm. Mən həyatda Məleykəyəm, səhnədə isə kraliçayam. Kraliçalıq insanın daxilində olmalıdır. Bu sənətdə şöhrətimi, hörmətimi saxlamışam. Çünki qalmaqalla, dedi-qodularla gəlməmişəm, oynadığım obrazlarla tanınıb, sevilmişəm. Deyirlər, Məleykə Əsədova gözəldir. Məni gözəl edən uğurlarım, oynadığım obrazlarımdır”.