Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib. Hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb. Hospitalda müalicə alan, Müdafiə Nazirliyinin hərbi orkestr xidmətinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1965-ci il təvəllüdlü Etibar Abdulkərim oğlu Əliyev xəstəlikdən dünyasını dəyişib.