Azərbaycanlı gənc status yazıb intihar etdi

15-05-2014, 10:37   
Azərbaycanlı gənc status yazıb intihar etdi
İsmayıllıda 24 yaşlı gənc intihar edərək həyatına qəsd edib. Ötən gün İsmayıllı rayonunda intihar hadisəsi baş verib. İntihar edən şəxs isə rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov olub. 24 yaşlı gənc intihar hadisəsini yaşadıqları evin həyətində özünü asaraq həyata keçirib. T.Adıgözəlovun hansı səbəbdən intihar etməsi hələ ki, dəqiq bilinməsə də onun sosial şəbəkədəki son statusu həyatından narazı olduğunu, buna görə özünə qəsd etdiyini göstərir. "Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər", - deyə intihar edən gənc ölümündən təxmini yarım saat əvvəl sosial şəbəkədə yazıb. Baş verən intihar hadisəsini İsmayıllı rayon polis şöbəsindən də təsdiqləyiblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.