Azərbaycanın diaspor rəhbəri güllələndi

15-05-2014, 10:41   

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev güllələnib. R. Tağıyevin yaxınlarının APA-ya verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb. Hadisə bu gün Ukrayna vaxtı ilə axşam saat 17 00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər. Yaxınları R. Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.