Müğənni Elçin Cəfərovun nikahdankənar qızı olması haqda xəbərlər yayılıb. Yayımlanan adının açıqlanmasını istəməyən qadın iddia edib ki, Elçin Cəfərovla bir neçə il öncə qeyri-rəsmi münasibətdən qız uşağı dünyaya gətirib. O bildirib ki, Elçin Cəfərov bu uşaqdan imtina edir və təzminat ödəməkdən boyun qaçırır. Bu səbəbdən də onu məhkəməyə verib. Həmin qadın Elçin Cəfərovun çılpaq fotosunu da mediaya ötürüb.
Məlumata Elçin Cəfərov münasibət bildirib: “Həmin qadın bu iddiasını əsaslandırmaq üçün DNA analizinə getməli və bunu sübut etməlidir. Əgər uşaq həqiqətən Elçin Cəfərova aiddirsə, o zaman köməklik göstərməkdən boyun qaçırmayacaq. Amma nədənsə H.N. bu addımı atmaqdan çəkinib. Maraqlıdır, təzminat almaq istəyən şəxs, övladının gələcəyini və sağlamlığını düşünən qadın, nəyə görə bu təşəbbüsdən boyun qaçırır? Ümumiyyətlə, hansı özünə hörmət eləyən “ana”, atasız övlad dünyaya gətirməyə razı ola bilər?”.
Qeyd edək ki, yayılan məlumatlar arasında Elçin Cəfərovla qeyri-rəmi nikahda olan qadının onun mətbuat katibi Kazım Sübhanla yazışması da var.