Avropaya getmək istədi, meyiti gəldi

15-05-2014, 11:15   
Avropaya getmək istədi, meyiti gəldi
Afrika ölkələrindən Avropa Birliyinə, xüsusilə də İtaliyaya qanunsuz mühacir axınının ardı-arası kəsilmir. Bu insanlar həyatlarını riskə atır, kiçik qayıqlara və əldəqayırma sallara doluşur, Afrika sahillərini tərk edərək İtaliyaya üzməyə çalışırlar.

Onların əksəriyyəti Aralıq dənizinin sularında batırlar.
Belə binəvalardan birinin cəsədi Liviya sahillərində, paytaxt Tripolidən 60 km şərqdəki Əl Qərboli yaxınlarında tapılıb.

Cəsədin afrikalıya mənsub olduğu şübhə doğurmur. O, İtaliyaya qanunsuz mühacir kimi yollanmış, amma Aralıq dənizində batmış adamdı.

İtaliyanın İmmiqrasiya Xidməti isə bildirir ki, Əl Qərboli yaxınlarında tapılan cəsədin bir neçə gün əvvəl Liviya sahillərindən İtaliyaya yollanmış qayıqda olan mühacirlərdən biri olduğu güman edilir.

Həmin qayığı dalğalar çevirmiş, amma italyan polislər mühacirlərə yardım etmişdilər. 206 qanunsuz mühacir xilas olunub. Fəqət, 17 nəfər batıb.

Qayıqda 400 nəfərin olduğu deyilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.