Yuxarı Qarabağ kanalının müdiri İlyas Səfərovun oğlu iki nəfərin həyatına son qoymasına baxmayaraq hələ də azadlıqdadır.
Vüqar Səfərov idarə etdiyi maşınla qəza törədib. Onun azadlıqda olması zərərçəkən ailələri qıcıqlandırır.
İlyas Səfərovun oğlu Vüqarın Mingəçevir ərazisində bir neçə il əvvəl azyaşlını maşınla vurması nəticəsində piyada ölüb. Bu məsələdən bir il sonra o, Yevlax şəhərində daha bir nəfəri maşınla vurub həyatına son qoyub.
Ancaq iki ölüm işi olmasına baxmayaraq Vüqar Səfərov hələ də azadlıqdadır.