Tabor komandiri qətlə yetirldi

15-05-2014, 18:20   
Tabor komandiri qətlə yetirldi
Azərbaycan Ordusunda qətl hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Musavat.com-un xəbərinə görə, mayor Əsgərli əslən Şirvan şəhərindəndir. Onun 32 yaşı varmış.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.