Meksikanın Tabasko ştatında sərnişin avtobusu yanacaqla dolu çənə çırpılıb, baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb. Zərbənin gücündən avtobus 2 hissəyə bölünüb, çəndəki yanacağın alışması səbəbindən güclü yanğın baş verib. Nəticədə, 15 nəfər diri-diri yanaraq ölüb, daha 23 nəfər isə yanıq xəsarətləri və müxtəlif travmalar alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması və ya təcrübəsizliyi olub.