Xəbər verdiyimiz kimi, mayın 14-də Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanıb.
Bir qrup tərəfindən Ərdoğana istefa şüarları səsləndirilərək etirazlar edilib. Baş nazir isə həmin fəallardan yayınmaq üçün marketlərdən birinə girməyə cəhd edib. Ötən gün isə internetdə baş nazirin marketə doğru gedərkən bir şəxsi yumruqla vurmasını əks etdirən video yayılmışdı.
Taner Kuruca adlı həmin şəxs "Radikal" qəzetinə açılama verib.
"Alış-veriş üçün marketə girmişdim, həmin vaxt baş nazirə etiraz edilirdi. O da marketə girərkən, məni etirazçı bildi və üzümə bir yumruq vurdu. Daha sonra isə mühafizəçilər üzərimə hücum etdi", - deyə baş nazir Ərdoğanın vurduğu Tuner bildirib.
O, həmçinin hadisədən sonra saxlanılmadıldığını, qolunda və boynunda zərbə izinin qalmasına baxmayaraq, şikayətçi olmadığını da qeyd edib.
Xatırladaq ki, Soma kömür mədənindəki partlayış mayın 13-də günorta saatlarında baş verib. Son məlumatlara görə, ölənlərin sayı 284-ə çatıb.