Türkiyədə Soma mədənində faciə zamanı həlak olan mədən işçilərinin, sözün əsl mənasında, ölümə getdikləri anı əks etdirən görüntülər yayılıb. Təhlükəsizlik kamerasının görüntülərində mədənçilərin səhər saatlarında işə gedərkən xidməti avtobuslara minməsi əks olunub.
Kadrlarda həmçinin bəzi mədən işçilərinin xidməti avtobusları dayandıraraq, marketə girib son alış-verişlərini etdikləri görülür. Bəzi işçilərin isə marketdən çıxdıqları zaman bir neçə saniyə gecikdikləri avtobusların arxasınca qaçması və onları ölümə doğru aparan avtobuslara çatması isə ürək dağlayan məqamlardandır.
Xatırladaq ki, Soma faciəsi nəticəsində 284 nəfər ölüb. Onlarla insna yaralanıb. Faciə may ayının 13-də günorta saatlarında baş verib.