Gəncədə quldur dəstəsi yaxalandı

16-05-2014, 14:48   
Gəncədə quldur dəstəsi yaxalandı
Polis bu ilin aprel ayında Tərtər rayonunun Sarov kənd sakini Ruxsarə Həsənovanın evinə basqın edən dəstəni yaxalayıb.

Dəstə Tərtər rayon və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaxalanıb.

Cinayəti törətməkdə təqsirli bilinənlər Gəncə şəhər sakinləri Məmməd Nəcəfov, Kənan Quliyev və əslən Kəlbəcər rayonundan olan məcburi köçkün Teymur Nağıyev və Vahid Həmzəyevdir.

Soyğunu Gəncədə planlayan dostlar gecə Teymur Nağıyevin idarə etdiyi avtomobillə Sarov kəndinə gəliblər. Teymur onları maşında gözləyib.

Tərtər Rayon Polis Şöbəsindən bildiriblər ki, hadisədən bir gün əvvəl Məmməd diş həkimi olan Vidadi Həsənovun evinə xəstə adı ilə gələrək evin yerini dəqiqləşdirib.

Soyğun zamanı onlara müqavimət göstərən Vidadinı bıçaqlayan da əvvələr məhkumluğu olan Məmməd olub. Evdən 460 manat pul və 1800 manatlıq qızıl-zinət əşyaları götürən dostlar əldə etdikləri qəniməti Gəncə şəhərində sataraq pulu bölüblər.

Rayon polis şöbəsindən onu da bildiriblər ki, Məmməd Nəcəfova bu soyğun təkifi cəza çəkdiyi cəzaçəkmə müəsisəsində verilib. Hazırda polis bu məsələ ilə bağlı istintaq tədbirlərini davam etdirir.

Xatırladaq ki, 4 aprel 2014-cü ildə dəstə üzvləri ev sahibinin oğlu Vidadi Həsənovu bıçaqlayaraq evdən qızıl və zinyət əşyalarını alaraq qaçmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.