Bakıda şərikli biznesin 17 bıçaqla sonu

16-05-2014, 15:03   
Bakıda şərikli biznesin 17 bıçaqla sonu
“Şərikli arvadın olsun, amma malın yox” deyiblər. Bakıda bu gecə törədilən amansız cinayətin əsasında şərikli mal dayanır
Sabunçu rayonunda uzun müddət şərikli çörək qazanan qonşuların əsl siması ortaya çıxıb. Onların 6-7 il birlikdə iş görüb, pul qazanması, çörək kəsməsinə bir söyüş son qoyub, özü də nə az, nə çox 17 bıçaq zərbəsi ilə..

Mayın 16-na keçən gecə Nizami küçəsində 22 yaşlı Valeh Xalıqov qonşusu Arif Heybətovu amansızlıqla öldürüb. Sabunçu rayon Polis İdarəsindən Milli.Az əldə etdi ki, Valehlə Arif qonşu olmaqla yanaşı, uzun müddətdir şərikli istixana işlədirmişlər.

Dünən onlar arasında mübahisə düşüb, əsəbləşən Arif şərikini söyüb. Valeh isə bıçaqla ona 17 zərbə vurub. Hazırda polis nəzarətində V.Xalıqov, yəqin ki, şəriki ilə mübahisə yaradan səbəbi istintaqa açıqlayacaq.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.