Paytaxtda təcili tibbi yardım maşını qəzaya düşüb.
Çağırış üçün mənzilbaşına yollanan tibbi yardım maşını istəyinə çata bilməyib. Arxadan gələn sürətli avtomobil ötmə hərəkətini düzgün etməyib və nəticədə idarəetməni itirərək tibbi yardım avtomobilinə çırpılıb.
Hadisə yerində olan şahidlərin bildirdiyinə görə, qəza zamanı xəsarət alan olmasada tibbi yardım maşını yararsız hala düşüb. Hadisə yerinə evakuator çağırılıb və tibbi yardım maşını evakuator vasitəsilə aparılıb.