Bakıda uşaqların oğurlanaraq orqanlarının çıxarılması xəbəri yayıldı

16-05-2014, 17:27   
Bakıda uşaqların oğurlanaraq orqanlarının çıxarılması xəbəri yayıldı
Azərbaycanda uşaqların oğurlanaraq orqanlarının götürülməsi ilə bağlı xəbər yayılıb. Bu gün ONLINE SHOPPING BAKU adlı facebook istifadəçisinin səhifəsində Olya Yemelyankov adlı bir rus qadının bağça uşaqlarını oğurlayıb,” Rusiyanın Bakıda orqan mafiyası” ilə məşğul olan naməlum adamlara satması barədə status yazılıb.

Məsələ ilə bağlı DİN-lə əlaqə saxladıq. Məlumata görə, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi Bakıda uşaqları oğurlayan şəxsin peyda olması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirdi.

Şəhərdə uşaq oğurluğu ilə bağlı heç bir hadisə qeydə alınmayıb.

ONLINE SHOPPING BAKU istifadəçisinin səhifəsindəki həmin məlumat artıq, səhifədən silinib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.