Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hərbçilər qəzaya düşdü

16-05-2014, 17:29   
Hərbçilər qəzaya düşdü
Azərbaycanda Silahlı Qüvvələrinə məxsus hərbi maşın qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS verilən məlumata görə, hadisə Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alnıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus "UAZ" markalı yük maşını ilə içərisində mülki şəxslər olan “Mercedes” markalı minik maşını toqquşub.

Günorta saatlarında baş verən hadisə zamanı hərbi maşında olan hərbçilərdən heç biri xəsarət almayıb. Bölgə müxbirimizin verdiyi məlumata görə, hadisə zamanı minik avtomobilində olan şəxslərdən bəziləri isə yüngül bədən xəsartələri alıb.

Hadisənin səbəbləri araşdırlır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar