Məşhur müğənni Soma faciəsini ələ saldı

18-05-2014, 13:24   
Məşhur müğənni Soma faciəsini ələ saldı
Məşhur müğənni Castin Biberin Türkiyədə baş verən Soma faciəsi ilə əlaqədar etdiyi hərəkət hər kəsin etirazına səbəb olub. Müğənni keçən il aldığı meymunu Mallinin adına açdığı “twitter” profilində Soma faciəsindən yazıb.

Biber meymununun adına olan profil hesabında türk pərəstişkarlarını çox sevdiyini və Türkiyə üçün dua etdiyi yazıb.

Biberin bu hərəkəti heç kim tərəfindən yaxşı qarşılanmayıb. Belə ki, müğənninin türkiyəli heyranları Biberin bu hərəkətini Türk xalqını ələ salmaq kimi qəbul ediblər.

Qeyd edək ki, 13 mayda Somada baş verən mədən faciəsində 301 işçi həyatını itirib, 485 işçi faciədən canlı olaraq xilas olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.