Liviyanın Benqazi şəhərində hökumət qüvvələri ilə radikal qruplaşma üzvləri arasında silahlı qarşıdurma davam edir.
Qarşıdurma zamanı ölənlərin sayı 70-ə çatıb. Daha 140 nəfər isə yaralanıb. Yaralıların əskəriyyətinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hökumət rəsmilərinin sözlərinə görə, hərbi əməliyyatlar istefada olan general Xəlifə Həftar tərəfindən özbaşına şəkildə icra olunub. O, əməliyyatlarda hökumətin qüvvələrindən istifadə edib.
Ölkənin müvəqqəti baş naziri Abdullah əs-Sinni əməliyyatların qanunsuz olduğunu bildirib və tərəfləri zorakılıqlardan çəkinməyə çağırıb.