Tibb bacısı xəstəxananın qarşısında öldürülüb

18-05-2014, 13:30   
Tibb bacısı xəstəxananın qarşısında öldürülüb
Bakı şəhərində qətl hadisəsi baş verib. Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 16-da Fətəli xan Xoyski küçəsində yerləşən 5 saylı Xəstəxananın qarşısında Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Ş. Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.