Şəxsi münasibıtlər zəmnində baş verən mübahisə zamanı oğul ögey anasını qətlə yetirib. Hadisə ötən gün Tərtər rayonunda baş verib. Belə ki, rayonun Mübariz Kərimov küçəsi, ev 18-də yaşayan 45 yaşlı Göyüşov Pərviz Karrar oğlu yaşadğı evin həyətində ögey anası Göyüşova Nüşabə İnqilab qızı ilə mübahisə edib. Oğulluğunun əlində bıçaq görən ana xilas olmaq üçün qaçsa da, Pərviz onu təqib edib və 10 bışaq zərbəsi endirib. Nüşabə Göyüşova aldığı xərbələrdə hadisə yerindəcə dünyasını dəyişib. Rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumatda bildirilir ki, baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb. Hadisənin baş vermə səbəbləri istintaq zamanı müəyyən ediləcək.